AZ

Qəzzalı uşaqlar İtaliyada müalicə olunacaqlar

Qəzzada döyüş bölgələrindən olan 5 azyaşlı İtaliyanın Lombardiya regionundakı xəstəxanalarda müalicə alacaq.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının birgə koordinasiyası ilə qəzzalı azyaşlılar ailə üzvlərinin müşayiəti ilə Milanın Linate hava limanına gətirilib. Onlar müəyyən müddət ərzində xəstəxanada qalacaq, lazımi müayinələrdən keçəcəklər.

Qeyd edək ki, Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani daha əvvəl xərçəng xəstəliyindən əziyyət çəkən 30-dək fələstinli uşağın İtaliyada müalicə olunacağını bildirmişdi.

Seçilən
37
1
yeniazerbaycan.com

2Mənbələr