AZ

Türkiyə və Azərbaycan arasında medianın inkişafına dair dəyirmi masa keçiriləcək

Fevral 19-u Azərbaycan və Türkiyə arasında “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu”nun 5 ili: Birgə Fəaliyyətə Baxış, Gələcək Hədəflər” mövzusunda dəyirmi masa keçiriləcək.

Modern.az xəbər verir ki, tədbirdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahir Oruc, Medianın İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılov və Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli sədri Birol Akgün iştirak edəcək.

Qeyd edək ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən imzalanan “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu” imzalanıb. Sənədin imzalanması ilə Türkiyə-Azərbaycan ortaq media platforması yaradılıb.

Ötən 10 ay ərzində bu platformun qarşısında duran məqsədlərin həyata keçməsi üçün müxtəlif sahələrin nümayəndələri ilə görüşlər həyata keçirilib, bütün media nümayəndələri ilə fikir mübadiləsi aparılıb.

Fevralın 19-da isə forumun məsləhətləşmə toplantısını keçiriləcək. Toplantı qapalı olacaq və indiyədək görülən işlər, həmçinin 2025-ci ilin planları müzakirə ediləcək.

Görüşün hesabatı Hikmət Hacıyevə və Fəxrəddin Altuna təqdim ediləcək.

Seçilən
14
modern.az

1Mənbələr