AZ

Azərbaycanın enerji xəritəsində yeni dövr -

2025-ci il “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 10 illik yubileyinin qeyd olunduğu ildir. Bu müddət ərzində “Azərişıq” ASC Azərbaycanın enerji sektorunun inkişafında mühüm rol oynayaraq ölkənin elektrik təchizatının keyfiyyətinin artırılması üçün geniş miqyaslı layihələr həyata keçirib. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə görülən işlər ASC-nin xidmətlərinin əhəmiyyətini bir daha ortaya qoyur. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Həmçinin bu ərazilərdə həyata keçirilən innovativ layihələr Azərbaycanın müasir enerji sisteminə uyğunlaşdırılmış yüksək texnologiyaların tətbiqi ilə əlaqələndirilir. İllərlə işğalda olan torpaqlarımızda enerji infrastrukturu demək olar ki, tamamilə sıradan çıxmışdı. Bu səbəbdən həmin ərazilərin bərpası və yenidən qurulması üçün xüsusi diqqət və sərmayə tələb olunurdu. “Azərişıq” ASC ölkə rəhbərliyinin təlimatları əsasında bu ərazilərdə elektrik təchizatını təmin etmək və daimi enerji mənbələrini bərpa etmək məqsədilə genişmiqyaslı işlərə başladı. Yenidən qurulma işləri çərçivəsində ilk növbədə mövcud olan elektrik şəbəkələrinin təmiri və modernizasiyası həyata keçirildi, bütün ərazilərdə müasir və dayanıqlı enerji təchizatı şəbəkələrinin yaradılması məqsədilə yeni elektrik xətləri çəkildi, transformator məntəqələri quraşdırıldı. Bununla yanaşı, işğaldan azad olunmuş bölgələrdə əhalinin ehtiyaclarını nəzərə alaraq yeni və müasir elektrik mühərrikləri ilə quruldu. “Azərişıq” bu işləri həyata keçirərkən yalnız mövcud şəbəkələri bərpa etməklə kifayətlənməyib, həm də ərazilərin gələcək inkişafını nəzərə alaraq yüksək texnologiyalardan istifadə edib. Bu texnologiyalar enerji təchizatının dayanıqlılığını və əhalinin elektrik enerjisinə olan ehtiyaclarını daha effektiv şəkildə qarşılamağa imkan verir. Qurum həmçinin azad olunmuş ərazilərdə yaşıl enerjinin, yəni bərpa olunan enerji mənbələrinin istifadəsini də təşviq edir. Günəş enerjisi və külək enerjisi kimi alternativ enerji mənbələrinin tətbiqi xüsusilə diqqət mərkəzindədir. 2025-ci ilin əvvəlində işğaldan azad olunmuş ərazilərdə bir neçə günəş enerjisi stansiyası və külək enerjisi parkı inşa edilməyə başlanıb. Bu layihələr əhalinin elektrik ehtiyaclarını qarşılamaqla yanaşı, həm də ətraf mühitin qorunmasına və enerji təchizatının davamlılığına böyük töhfə verir, regionda iş yerlərinin yaradılmasına, yeni texnologiyaların tətbiqinə və yerli əhalinin ixtisaslaşmasına imkan yaradır. “Azərişıq” ASC həm də bu ərazilərdə dijital infrastrukturun yaradılmasına böyük əhəmiyyət verir. Bu, xüsusilə “smart şəbəkə” sistemlərinin tətbiqi ilə həyata keçirilir. Smart şəbəkələr müasir texnologiyalarla təchiz edilmiş və avtomatik olaraq işləyən enerji təchizat sistemləridir. Bu sistemlər enerjinin səmərəli istifadəsini təmin etməklə yanaşı, hər hansı bir nasazlıq və ya qəza halında dərhal müdaxilə imkanı yaradır. Eyni zamandan bunların istifadəsi real vaxt rejimində enerji istehlakını izləmək və idarə etmək üçün nəzərdə tutulub. Sözügedən layihə işğaldan azad olunmuş ərazilərin inkişafında mühüm addım hesab olunur və Azərbaycanın elektrik təchizatı sisteminin gələcəyini formalaşdırır. İşğaldan azad olunan ərazilərdə əhalinin elektrik təchizatına əlçatanlığının artırılması “Azərişıq” ASC-nin önəmli prioritetlərindən biridir. Bu məqsədlə ərazilərdə müxtəlif sosial obyektlər, o cümlədən məktəblər, xəstəxanalar, idarəetmə mərkəzləri və digər mühüm infrastrukturlar tamamilə elektrik enerjisi ilə təmin olunur. Həmçinin kəndlərdə və yaşayış sahələrində elektrik enerjisinə olan ehtiyacları qarşılamaq üçün xüsusi təşəbbüslər həyata keçirilir. Bunun nəticəsində həmin bölgələrdə yaşayan əhali daha komfortlu şəraitdə həyatlarını davam etdirə bilir və müasir həyat tərzinə uyğun enerji təchizatı ilə təmin olunur. “Azərişıq” ASC işğaldan azad olunmuş ərazilərdə elektrik təchizatının bərpası və müasir enerji infrastrukturunun yaradılması sahəsində hələ çox işlər görməyi planlaşdırır. Gələcəkdə alternativ enerji mənbələrinin tətbiqi, müasir texnologiyaların istifadəsi və enerji təchizatının dayanıqlılığının artırılması istiqamətində yeni layihələr həyata keçiriləcək. Bu layihələr həm də Azərbaycanın enerji sektorunun rəqəmsal transformasiyasına və davamlı inkişafına xidmət edəcəkdir. “Azərişıq” ASC-nin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi işlər və innovativ layihələr ölkənin enerji sektorunun gələcəyini daha parlaq edir. Çünki belə layihələr Azərbaycanın ümumi inkişafını sürətləndirən mühüm addımlar atılmasını da təmin edir. 10 il ərzində əldə olunan təcrübə və yeni texnologiyaların tətbiqi Azərbaycan xalqının həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. “Azərişıq” ASC-nin bu sahədəki fəaliyyətləri təkcə bugünkü deyil, gələcək nəsillər üçün də dayanıqlı və güclü bir enerji infrastrukturu yaradılmasına xidmət edir.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
15
1
metbuat.az

2Mənbələr