AZ

"Ailənin mərkəzində üçüncü şəxs insan yox, allah olmalıdır"- Psixoloqdan açıqlama

"Əgər ailə modelinə kişi və qadın cütlüyü ilə yanaşı valideynləri də daxil edirlərsə, bu artıq ailə modeli deyil və gec-tez dağılmağa məhkumdur. Mənim demək istədiyim odur ki, gəlin qaynanalı evə getməməlidir. Bunu dəfələrlə demişəm və yenə də vurğulayıram. Lakin buna baxmayaraq, belə bir ailə modelini seçənlər də var. Bu o demək deyil ki, onların hamısı boşanacaq, amma problemlərin yaranması qaçılmazdır."

Psixoloq Əli Nağyev bunu News365.az-a açıqlamasında deyib. 

"Alternativ yollar həmişə mövcuddur. Əgər kiminsə ailəsi dağılırsa, digərləri bundan nəticə çıxarmalıdır. Biz fikirlərimizi yönləndirməyə çalışmırıq, sadəcə insanlara fərqli baxış bucağı təqdim edirik. Ancaq qərarı hər kəs özü verməlidir. Bu yanaşma sadə və kompleks xidmət kimi ola bilər.

Əgər sən 70 il ömür sürmək istəyirsənsə, ailə həyatını düzgün qurmalısan. Çünki yanlış qurulan ailə sonda faciə ilə bitə bilər. Faciə nədir? Faciənin iki növü var: daxili və xarici.

Daxili faciə – insanın öz içində yaşadığı gərginlik və stresdir. Məsələn, qaynana ilə münasibətlərdə yaranan gərginlik illərlə yığılır və insan psixoloji olaraq bu yüklə yaşamağa məcbur olur. Nəticədə, bu gərginlik orqanizmdə xəstəliklərə – xərçəngə, ürək-damar problemlərinə və digər ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Əgər kişi ailədən uzaqlaşır, başqa qadınlarla münasibət qurursa və qadın bunu hiss edib ifadə edə bilmirsə, bu da daxili faciəyə çevrilir. O, daim bu incikliyi içində daşıyır və sonda ciddi xəstəliklərə düçar olur.

Xarici faciə – ailənin dağılması, boşanmalar, ailədaxili zorakılıq, hətta bəzi hallarda cinayət hadisələri ilə nəticələnən vəziyyətlərdir. Məsələn, ailə münaqişəsi zamanı qəzəbə qapılıb qızını, həyat yoldaşını və ya digər bir ailə üzvünü öldürənlər var. Bu, xarici faciənin ən ağır formalarından biridir.

Əgər ailə içində anlaşılmazlıq varsa və ailənin idarəedilməsi düzgün deyilsə, bu, müxtəlif problemlərə yol açır. Əsas məsələ isə insanın həyatının mərkəzində Allahın olub-olmamasıdır. Həyatın mərkəzində sən və ya mən deyil, Allah olmalıdır. Ailənin təməlində üçüncü şəxs valideynlər və ya başqa insanlar yox, Allah olmalıdır."

Seçilən
28
news365.az

1Mənbələr