AZ

Lənkəran-Astara bölgəsində 4 yeni məktəb istifadəyə veriləcək

Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 7 təhsil müəssisəsində cari, 5-də əsaslı təmir, 18-də tikinti işləri (bina və qazanxana) aparılır.

Regional Təhsil İdarəsindən  TƏHSİL.BİZ -ə verilən məlumata görə, növbəti tədris ili üçün 80-ə yaxın təhsil müəssisəsinin cari və əsaslı təmir işlərinin icra edilib təhvil verilməsi planlaşdırılır.

Bu tədris ilinin başlanğıcında 3 təhsil müəssisəsi - Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi kənd ümumi orta məktəbləri tikilib, Lənkəran rayon Çay fabriki qəsəbə tam orta məktəb üçün isə uyğunlaşdırılmış konteyner tipli bina istifadəyə verilib. Bu il isə Lənkəran rayonunun Viyən kənd, Astara rayonunun Sərək və Şümrüd kənd, Lerik rayonunun Cəngəmiran kənd məktəblərinin tikilib istismara verilməsi planlaşdırılır: 

“Artıq 60-a yaxın təhsil müəssisəsinin istilik sistemi qazla işləyən mərkəzləşdirilmiş istilik sistemi ilə əvəzlənib. Tədris ili ərzində istiliklə bağlı 200-ə yaxın cari problem həll olunub və bu proseslər davam etdirilir”.

Xatırladaq ki, LARTİ-nin tabeliyində 536 ümumtəhsil, 121 məktəbəqədər, 11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

Seçilən
17
3
tehsil.biz

4Mənbələr