1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Danışaq?" podkastının yeni buraxılışında dinləyiciləri jurnalist Həmid Həmidovun "Airbus A320"nin kapitanı, AZAL aviaşirkətinin Uçuşların Təhlükəsizliyi İdarəsinin direktoru Rinat Hüseynovla çox mühüm söhbəti gözləyir.
Oxu.Az xəbər verir ki, R.Hüseynov söhbət əsnasında ötən il dekabrın 25-də Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması hadisəsi barədə fikirlərini bölüşüb.
O, pilotların bu və ya digər reyslərə necə təyin olunduğu barədə bəhs edib. Həmçinin niyə pilotların öz aralarında və dispetçerlərlə ingilis dilində danışdıqlarını şərh edib.
R.Hüseynov sonda bildirib ki, həlak olmuş pilotların hərəkətləri qüsursuz olub və bütün dünyada öyrəniləcək.
Daha ətraflı videoda: