AZ

Tramp və Putin Çinə qarşı birləşir?

Tramp və Putinin son danışıqları beynəlxalq arenada ciddi rezonans doğurub və xüsusilə Çin üçün narahatlıq yaradıb. Pekin Vaşinqton-Moskva yaxınlaşmasının öz maraqlarına zidd olduğunu düşünərək üçtərəfli sammit təklifi irəli sürüb. Bəs Çini narahat edən əsas məqam nədir? ABŞ-ın Çinə qarşı iqtisadi və hərbi təzyiqlərini artırdığı bir vaxtda Moskvanın Vaşinqtona yaxınlaşması, Pekinin qlobal güc balansında tək qalması riskini yaradır. Bu səbəbdən Çin mümkün təhlükəni önləmək üçün üçtərəfli danışıqları təşviq edir. Tramp və Putin Çinə qarşı birləşə bilərmi? Trampın Rusiya ilə yaxınlaşması, Ukrayna müharibəsinin sonu deməkdirsə, bunun Çinə təsiri nə olacaq? 
Bu barədə Moderator.az-a danışan Azərbaycan Yəhudi media Mərkəzinin politoloqu Rüstəm Tağızadə deyir ki, dörd ildən çoxdur ki, Rusiya və ABŞ arasında olan soyuq münasibətlər  hazırda bir az da olsa canlanmışdır və diplomatik təmaslar davam edir:
“Məsələ burasındadır ki, Ukraynada olan müharibəni sonlandırmaqdan ötrü hər iki tərəf birgə səy göstərməlidir, həmçinin burada Ukrayna tərəfində iştirak etməlidir. Məsələ bundan qaynaqlanır ki, Ukraynada müharibə necə sonlandırılacaq, görəsən ABŞ -ın əlində elə bir sülh planı varmı və NATO da əsas söz sahibi olan ABŞ Ukraynanın ərazi bütövlüyünü təmin edə bilərmi? Bu məsələlər danışıqların əsas mövzularından biri olaraq qalır və müzakirələr zamanı ərazi dəyişikliyi ilə bağlı kompromislər də gündəmə gələ bilər. 
Təbii ki, Çin hazırda taaşlı vəziyyətdədir. Digər tərəfdən, Tramp administrasiyasının Çinə qarşı aqressiv siyasəti məlumdur. Çinin iqtisadi cəhətdən çox da güclənməsini istəmir. Baxmayaraq ki, Çin iqtisadi cəhətdən çox güclü bir ölkədir və bu proses davam edir. Amma Çini təlaşlandırılsa da bu proses o demək deyil ki, Çinə qarşı birləşə bilərlər. Çin artıq qlobal iqtisadi nəhəngə çevrilib və onun təsiri təkcə Asiya ilə məhdudlaşmır. Afrika və Mərkəzi Asiyada da Pekin ciddi təsir gücünə malikdir. Buna baxmayaraq, Rusiyanın hazırkı zəifliyi və müharibədən yorulmuş vəziyyəti onu Çinə qarşı hansısa təhdid yaratmaqdan uzaq saxlayır.
Maraqlıdır ki, Çinin də Rusiya ilə bağlı tarixi ərazi iddiaları var, xüsusilə Sibir məsələsi ilə bağlı müəyyən gərginliklər müşahidə edilir. Lakin indiki şəraitdə bu, əsas müzakirə mövzusu deyil. Hazırda prioritet Ukraynadakı müharibənin dayandırılmasıdır. Çin isə qlobal güc olaraq bu prosesdə iştirakını artırmağa və diplomatik təsirini genişləndirməyə çalışır. Pekinin bu məsələdə atacağı növbəti addımları gözləmək lazımdır”.
 
Mehin Mehmanqızı
 
Seçilən
14
1
moderator.az

2Mənbələr