AZ

Mirzə Qədim İrəvaninin 200 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Mirzə Qədim İrəvaninin 200 illiyinin qeydedilməsi haqqında sərəncam imzalayıb.

Trend xəbərverir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının MədəniyyətNazirliyi görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin 200illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyatakeçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

2025-ci ildə Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgahboyakarlığının banisi Mirzə Qədim Məhəmmədhüseyn oğlu İrəvanininanadan olmasının 200 ili tamam olur.

Mirzə Qədim İrəvani Azərbaycan rəngkarlığının təşəkkülündəəhəmiyyətli rol oynamış böyük sənətkarlardandır. O, bir çoxsahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalqsənətinin zəngin ənənələrini Avropa realist boyakarlığınınnailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslubformalaşdırmış, Azərbaycan təsviri sənəti tarixində yeni mərhələninbaşlanğıcını qoymuşdur. Rəssamın zərif koloritli naxışlarla vəornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünəmalik tabloları, monumental portret və kompozisiyaları kamil sənətnümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.

Seçilən
4
27
az.trend.az

10Mənbələr