AZ

Molla Nəsrəddin hansı məntiqin parçasıdır?

Mirzə Cəlil "Molla Nəsrəddin"i ilə Molla Nəsrəddini bitirdi, Bu coğrafiyada Molla Nəsrəddinlə yaşanan həyatın cavablarına "Molla Nəsrəddin" jurnalı ilə ən sağalmaz zərbəni vurdu.

Molla Nəsrəddin kimdir, nə edib, tarix və araşdırmaçıların işidir,

Biz Molla Nəsrəddin olaraq hansı kimliyi təmsil etdi və hansı həyat şərtlərinin qorunması üçün mərkəzdə durdu, sualıdır.

Molla Nəsrəddin düz suala gözlənilməyən cavabdır.

Düz suala gözlənilməyən cavabın məsələsi ya "məntiqin", ya da "sözün" məsələsi kimi baxa bilmərik.

"Məntiq" nutkdan alınıb, danışmanı təmsil edir ərəb mədəniyyətində.

Yunanda isə "logiya" olaraq adlandırıb və danışmanı deyil, ağıla qoyulan mənanı təmsil edir.

Logiyanın qurucusu Aristoteldir yazarlar,

Əslində isə belə deyildir,

"Logiya" adını qoyan Afrodisiyalı İskəndərdir.

Belinasla mübahisələr edən adamdır.

Bəlinası isə Nizami çox yaxşı oxumuşdur, bizə Bəlinası tanıtmaq istəyir ki, biz Bəlinası heç xatırlamadıq.

İşim Bəlinas deyil, Afrodisiyalı "fikir"dəki mənanı qorumaq istəyəndir ki, Bəlinas buna etiraz edər, "sözü" əsas alar.
Sözün qaynağı Dildir, məntiqin qaynağı ağıldır, Söz Dildə yaşar, məntiq "ağıl"da tutular. SÖZ dəyişəndir, unudulandır, "logiya" isə dəyişməzlərə çevriləndir.
Molla Nəsrəddin nə sözün, nə də logiyanın təmsilçisidir,
Molla sözlə logiya arasındakı üçüncüdür,
Bu üçüncü O Odurun göstərilməsidir,
Tanıdılmasıdır, bilinməsidir və danışmasıdır.
O odur tanıdılması ilə qurulan Dilin nə sözə, nə də logik tanımaya ehtiyacı yoxdur.
O özüdür mahiyyətin açığa çıxması ilə görünür və bilinir.
Söz və logik həqiqətin üzərində hərəkətə tabedir, O özündürsə mahiyyətinin hərəkətdəki halıdır.
Hərəkət zamanı ilə sukunət zamanı mahiyyətdə birləşir, O odur üzə çıxır,
Söz həqiqəti təmsil edə bilərmi?
Söz dili təmsil edir, sözün işi dili təmsil etməkdir, dili təmsil edən isə Odur,
O ya mən, ya da sən olmağa məcburdur,
Bu qarşılaşmada "mən"lə "sən"i ortaq edəcək tərkib ziddir, eyni deyildirlər, ayrı da deyildirlər mənzərəsi yaranır,
Ya "mən", ya da "sən" forma təklifi ilə üzə çıxacaqdır,
Bu qarşılaşmada hansı tərkib daha əsas təşkil edəcəkdir, sualı ilə üzləşirik.
Molla Nəsrəddin bu məsələdə tam fərqli bir təklif etdi,
Eyni deyil, ayrı da deyil,
Nəzərdəki danışdıran əsasdır,
Nəzərdəki məntiqin əsaslarını quran isə Dildir, nə sözdür, nə də ağıla yapışdırılan termindir,
Dil sözün də, ağıla yapışan terminin də əsasıdır ki, durduğu yeri nəzər edə bilir.
Dilin yeri qəlbdir, dil qəlbin ifadəçisidir, ağlın isə istifadəçisidir.
Bu ayrımı etmədən Molla Nəsrəddin tanınmaz, bilinməz.

Nəsrəddin Tusi bizim coğrafiyadakı kimlikləşmənin ilk təməlidir,
Kimliyin məsələsi ən son nəzərin kimə aid olması ilə şəkillənər.
Molla Nəsrəddin lətifələri olaraq həyatımıza girən Tusidir və Tusinin həyata nəzəridir ki, bu nəzərdə birlik və ortalığ olaraq fərqli bir dünya quruldu.
Evi mərkəzə gətirən Tusi Ev və dövləti bağlayaraq yeni bir yaşama tərzi ortaya çıxardı,
Molla Nəsrəddinin də dərdi Ev və Münasibətlərdir.
Evi təmsil edən özündür, münasibətləri təmsil edənlər isə "onlar"dır.
Bütün lətifələrin mərkəzində dayanan bu məsələləri yaşam hekayələri olaraq kimlikləşmə üçün həyat hekayələrinə çevirtdirdi.
Əxlaqi Nasir hakimiyyət və elm mədrəsələrinin dərs kitabı, lətifələr isə xalq olaraq formalaşacaqların ibrət kitabı oldu,
Nəzəri və əməli hikmət olaraq tanıdığı Həyatı birləşdirə bildi.
Bu birləşmədən Din kimliyi deyil İnsan kimliyi mərkəz olaraq görünməyə başlandı.
Tusi üçün İnsan fərqli bir dərəcədə olandır,
Sonrada Qərb bu İnsanı təbiətin parçası olaraq şəkilləndirərkən bunun əsaslarını Tusidən bəhrələndiklərini qeyd edə bilərik.
Çünki Tusi bir elm kimliyi olaraq məsələyə Fizik müstəvisindən baxmağa çalışmış bir hikmət sahibi idi.
Fəlsəfəni yeni bir oxumaya gətirib Dinlə həyatı birləşdirib Yeni insan təklifini nəzəri olaraq tanıdan Tusidir.
Göylə yerin içində Həyat nədir sualını həm nəzəri, həm də Əməli olaraq həll edə bildi.


Öncə yeni bir dillə dünya danışan Tusi Dilə ortaq terminlər gətirib, onların daşıdığı mənaları biri birinə bağladı,
Kitablarda yaşayan terminləri həyatın qayəsi olaraq təməlləşdirdi,
Fəzilət nədir, səadət nədir, xeyir nədir, ədalət nədir, xususiyyət nədir və sair dilə aid olan qeyri müəyyənlərə müəyyənlik gətirdi,
Onları dərəcə olaraq sıraladı və Əxlaq nədir məsələsini təbiətdəki bitkilər və heyvanların yeri ilə ortalığ quraraq Bir nəzər yaratdı.

Biz Molla Nəsrəddinə necə bağlandıq?
Marağa və ətrafı monqollar dönəminin Elm mərkəzidir,
Mərkəzdə ELM, kənarlarında isə Elmi qoruyanlar olaraq yerləşdirilən tayfa birlikləri var,
Monqol birlikləri Din savaşı aparan bir coğrafiyalara fərqli bir mübaribə düşüncəsi ilə gəldilər.
Coğrafiyada yaşayanlar bu adamlar nə istəyir sualına cavab tapa bilmədilər
Din qarşıqurmalarını arxa plana atan monqol birliklərinin əsas dərdi mənfəətləri idi,
Çingiz qanunlarını əsas alan bu birliyin məsələsi tarixin axarını dəyişdi.
Nə Bizans, nə Roma, nə də Abbasi xilafəti bu adamları nəzərdə tutmadığlarından çöküş də batmağa mıhkum oldular,
Yeni Elm və Yeni Həyat təklifi monqol birliklərinin təklifi ilə yenilənməyə keçid edirdi.
Xacə Nəsrəddin Tusi yeni təklifi dəyərləndirib və Yeni Qurulanın cavablarını hazırlayanlar içində Qurucu kimliklərdən biri kimi üzə çıxdı,
Ərəb həyatında Teymiyyə, Afrika həyatında İbn Xəldun, İrani mirasda Əllamə Hili,, irfani həyatda İbn Ərəbi, Qərb düşüncəsində Tomas Avqustin, Dante bu ümümmi prosesin quruculuğunda iştirak edən Fikir sahibləri oldular.
Bütün bu Qurucuların bir tək Elm mərkəzi halına gələcək Marağa ilə bağlantısı və xəbərləri vacib idi.
Marağa yeni dünyanın tək Qurucusu olma iddiasında olacaq Dünya təklifi ilə qurulurdu.
Marağa hind, çin, islam və xiristian birliklərin heç birini təqlid etməyən yeni Mərkəzə iddialı idi.
Və Nəsrəddin Tusi bu prosesin Qurucu Adlarından biri sayılırdı.
Marağa yeni Bağdad olacaqdı.
Viranə Bağdadın şəhər kimliyi Marağanı tanımazdı və Marağa ilə hesablaşmağa hazır idi.
Bağdadın Elmi tərəfi isə köçünü Marağaya yükləyəcəkdi,
Yeni mədrəsə və təhsil Səlcuqlu zamanından başlayan Nizamiyyənın deyil,
İxvanı Səfa qardaşlarının hazırladığı Elmın tərəfində idilər və onun davamı olacağlarını bəyan edirdilər,
Nəsrəddin Tusi İxvanü Səfanın davamçılarından oldu.
Nizamiyyə mədrəsələrinin hazırladığı Qazi və fikh dərsləri əhəmiyyətini itirməyə başladı.
Yeni Təhsil və Yeni İnsan kimliyi Yeni Elm mərkəzi ilə həyatın mənfəət müharibəsini bitirdi,
Monqolların Din seçimi ilə vəziyyət xeyli dəyişdi.
Sünni İslamın məğlubiyyəti və yeni İslam düşüncəsinin mərkəzləşməsi Dəyişən dünyaya yeni paradığma gətirdi..
Bu paradığmanın sonunu indi 21 ci yüzildə yaşayırıq.
700 illik bir başlanğıc öz sonunu yalnız indi yaşadı.

İdris Heydərli

Visiontv.az



Seçilən
8
visiontv.az

1Mənbələr