AZ

“Yazırlar ki, kaş Azərin yerinə sən ölərdin”

Bir neçə il öncə qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev açıqlaması ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, o, “Günə bax” verilişində ünvanına yazılan şərhlərdən danışıb.

Elvin deyib ki, sosial şəbəkələrdə ona “Kaş, sən ölərdin” kimi şərhlər yazırlar:

“Məndə qaraciyər sirrozu xəstəliyi idi. Şükür ki, Azərbaycan xalqının dəstəyi ilə bu gün ayaq üstəyəm. Allah hər bir insanı sınaya bilər. Heç kim heç nədən sığortalanmayıb. Məni Allah xilas etdi. Demək ki, nə üçünsə hazırladı, ya da nəyinsə dərsini verdi. İnsanları başa düşmək olmur ki, mən sağalmışamsa, niyə günahkar olmalıyam?! Dünyasını dəyişən tanınmış simalar var.
 

Onlar üçün o qədər yanırıq ki... Çünki onlarla eyni şeyləri yaşamışıq. Məsələn, Azər qardaşımız (Aktyor Azər Baxşəliyev – red). Onun və ailəsinin nələr yaşadığını bilirəm. Demək olar ki, bizim xəstəliyimiz eyni idi. Onda böyrək çatışmazlığı, məndə də qaraciyər. Amma yazırlar ki, kaş, onun yerinə sən ölərdin. Guya ki, bununla nəsə həll olunacaq”.


Qeyd edək ki, Elvinə bacısı donor olmuşdu və bu əməliyyata görə efirdə 90 min manat pul yığılmışdı.

Sara, Bizim.Media

Seçilən
21
bizim.media

1Mənbələr