AZ

Maskın yeni Dubay layihəsi işə düşür

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri amerikalı milyarder, indi həm də Ağ ev məmuru olan İlon Maskla “Dubai Loop” layihəsində əməkdaşlıq edəcək. Belə ki, “Dubai Loop” əmirliyin sıx məskunlaşdığı əraziləri birləşdirəcək nəqliyyat layihəsi olacaq.

İnnovativ nəqliyyat layihəsi olan “Dubai Loop”da əsas məqsəd Dubayda əhalinin daha sıx məskunlaşmış əraziləri birləşdirəcək dairəvi yollar sistemi qurmaqdır.

“Dubai Loop”un təqdimatı mərasimində virtual şəkildə iştirak edən İlon Mask layihə barədə geniş danışıb, sonra BƏƏ-nin Süni İntellekt, Rəqəmsal İqtisadiyyat və Uzaqdan İş Tətbiqləri üzrə dövlət naziri Ömər Əl-Olama ilə söhbət aparıb. Milyarder bildirib ki, o, nazirlə bu barədə öncədən də müzakirə aparıb.

Ömər Əl-Olama isə deyib ki, bu layihənin vasitəsilə Dubay sakinləri bir nöqtədən digərinə çox rahatlıqla keçə biləcəklər. Lakin hansısa səbəbdən layihənin təfərrüatı barədə hələ də geniş məlumat verilməyib.

BƏƏ tərəfi bildirib ki, onlar arxayındırlar, çünki İlon Mask təhlükəsiz, sürətli, eləcə də ucuz şəhər tunellərinin tikintisi üzrə ixtisaslaşmış şirkətə sahibdir. BƏƏ tərəfi layihəyə böyük ümid etdiyini, Maskın möcüzə yaradacağına inandığını bəyan edib.

İlon Mask daha bir məqamı xüsusi vurğulayıb ki, tunel tikintisinə alternativ uçuş zolağından uçan taksilər, həmçinin helikopterlər istifadə edə biləcək. Mask əmin edib ki, bu yeni tunellər zəlzələ kimi ekstremal vəziyyətlərdə belə təhlükəsiz olacaq.

Seçilən
33
medianews.az

1Mənbələr