PSJ-nin qapıçısı Canluici Donnarumma son zamanlar əvvəlki performansını sərgiləyə bilmir.
News24.az xəbər verir ki, italyan qapıçı karyerasında yeni səhifə aça bilər.
Təcrübəli qapıçının növbəti dayanacağı Türkiyənin "Fənərbaxça" klubu olması gözlənilir.
İşlər qaydasında getsə, Canluici gələn mövsüm meydana İstanbul təmsilçisinin forması ilə çıxa bilər.
Qeyd edək ki, qapıçı bu mövsüm PSJ-nin heyətində 25 görüşdə meydana çıxıb. Onun müqaviləsi gələn ilin yayına qədərdir.
Ağa Dadaşzadə