Ağdamda yük maşını sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb.
Hadisə rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində baş verib.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! Ağdamda yük maşını minaya düşdü
Partlayış zamanı ərazidə işləyən "HOVA" markalı avtomobilin sol arxa çarx hissəsi zədələnib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Ətraflı Bizim.Media-nın videosüjetində:
Elgün Gəncimsoy, Ayşən Rəhim, Saqiq Məmmədov, Bizim.Media