Fransanın "Nitsa" klubu müdafiəçi Dante ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisi 41 yaşlı futbolçunun müqaviləsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliya millisinin sabiq üzvü ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, "Nitsa" Danteni 2016-cı ilin yayında "Volfsburq"dan transfer edib. Təcrübəli mərkəz müdafiəçisi bu mövsüm komandanın heyətində 18 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi