2024-cü ildə Azərbaycanda ən çox vergi ödəyən bankların adları açıqlanıb
İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.
Məlumata görə, bu siyahıya 9 bank daxil edilib.
Bu siyahına ilk yeri “Kapital Bank” tutub. Ötən il bu bank Azərbaycan büdcəsinə 170,6 milyon manat vergi ödəyib. “Azərbaycan Beynəlxalq Bankı” 131,4 milyon manat vergi ödənişi ilə bu siyahıda ikinci yeri tutub.
İlk üçlüyü isə 105,7 milyon manat vergi ödənişi ilə “PAŞA Bank” qapadır. 34,6 milyon manat ödənişlə “Unibank” 4-cü, 28,9 milyon manat vergi ödənişi ilə “Bank Respublika” 5-ci yerdə qərarlaşıb.
Sonrakı yerləri isə “Access Bank” (14,9 milyon manat), “Rabitəbank” (14 milyon manat), “Azər-Türk Bank” (12,1 milyon manat) tutur.
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkət arasında 9-cu yerdə “Bank of Baku” qapadır. Bu bank ötən il dövlət büdcəsinə 11,6 milyon manat vergi ödəyib.