Almaniyanın müdafiə naziri Boris Pistorius Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığını yüksək qiymətləndirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında deyib.
“Donald Tramp administrasiyasının Rusiya və Ukrayna arasında tezliklə sülh sazişi əldə etməyə çalışacağı aydın idi. Zəngin baş tutması yaxşı haldır",- deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 12-də Vladimir Putin və Donald Tramp telefonla danışıbla. Rusiya və ABŞ liderləri arasında danışıqlar bir saat yarım davam edib. Putin və Tramp şəxsi görüşün təşkili də daxil olmaqla, şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
Türkan İSGƏNDƏRLİ