AZ

Əfqanıstanda məsciddə PARTLAYIŞ

Əfqanıstanda məsciddə partlayış olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əfqanıstanın "1 TV News" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalında Samanqan əyalətinin inzibati mərkəzi olan Aybak şəhərində cümə namazı vaxtı baş verib.

Hüquq-mühafizə orqanları bildirib ki, iki yerli sakin məscidə partlayıcı qurğu yerləşdirib.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilib.

Mina Mikayılova

Seçilən
5
bakivaxti.az

1Mənbələr