Bakıda avtomobil sürücüsü ilə avtobus sürücüsü arasında dava olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə fevralın 12-də "Bakı Metropoliteni"nin “20 Yanvar” stansiyasının yaxınlığında – Həsən Bəy Zərdabi küçəsində qeydə alınıb.
Yol vermək üstündə dalaşan sürücülər bir-birindən polisə şikayət ediblər və əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onları saxlayıblar.