AZ

Premyer Liqada beş futbolçu “qara siyahı”ya düşdü

Premyer Liqanın 23-cü turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Beş komandadan eyni sayda futbolçu meydana çıxmaqdan məhrumdur.

Maraqlıdır ki, hər biri öz komandası üçün kifayət qədər vacib fiqur sayılır.

Bunlar “Turan Tovuz”dan Veysəl Rzayev, “Kəpəz”dən Dioqo Verdaska, “Şamaxı”dan Belajdi Pusi, “Sabah”dan Sofyan Çakla, “Zirə”dən Ruan Renatodur.

Sözügedən futbolçular 22-ci turda sarı vərəqə limitini doldurduqları üçün cəzalı duruma düşüblər.

Fevralın 15-də “Sumqayıt” – “Zirə”, ertəsi “Turan Tovuz” – “Araz-Naxçıvan”, “Qarabağ” – “Neftçi”, fevralın 17-də “Kəpəz” – “Şamaxı”, “Səbail” – “Sabah” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
23
sportinfo.az

1Mənbələr