“Bavariya” yarımmüdafiəçi Camal Musiala ilə müqaviləni 2030-cu ilə qədər uzadıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb. 21 yaşlı almaniyalı futbolçu bu mövsüm “Bavariya”nın heyətində 30 oyuna çıxıb, 15 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı onun dəyərini 140 milyon avro qiymətləndirir. Ümumilikdə Musiala “Bavariya”nın heyətində 193 oyun keçirib, 58 qol vurub və 38 məhsuldar ötürmə edib.