"Real"ın sabiq futbolçusu Julyen Faber yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, Madrid klubundakı 6 aylıq macərasını ehtiyat oyunçular skamyasında keçirən fransalı yarımmüdafiəçi bir vaxtlar onu gündəm edən fotodan danışıb. Söhbət oyun vaxtı yuxuladığı iddiası ilə yayılan görüntüdən gedir.
Futbolçu illər sonra həmin an barədə "Marca"ya danışıb və iddiaları rədd edib:
"Yatmamışdım. "Real"ın mətbuata məsul şəxsi mənə dedi ki, jurnalistlər şişirtməyi xoşlayırlar. Həmin an oyun epizodunda məyus olduğum üçün gözlərimi yumdum, amma bunu belə xəbər elədilər. Mənə əhəmiyyət vermədilər".
Futbolçuların istər meydanda, istərsə də ehtiyat oyunçular skamyasında hər zaman diqqətli olması lazım olduğunu deyən Faber, "Onlar hətta dodaqları oxumaqla dediklərini öyrənə bilərlər. İngiltərədə belə deyildi, amma "Real"da fərqlidir. Böyük bir kluba gəlirsənsə, bunu qəbul etməlisən".