AZ

“Texnologiyanın geosiyasəti” müzakirə ediləcək

Türkiyə ilə Azərbaycan arasında akademik əməkdaşlığı artırmaq istiqamətində son illərdə ciddi addımlar atılır. İki ölkə arasında birgə universitetin yaradılması ilə yanaşı Türkiyədə oxuyan azərbaycanlı, Azərbaycanda oxuyan türkiyəli tələbələr və akademiklərin bugünkü fəaliyyəti gələcək üçün də bu əməkdaşlığa böyük töhfələr verirlər. 

Modern.az xəbər verir ki, 18-19 fevral tarixlərində Xəzər Universitetində keçiriləcək “Texnologiyanın geosiyasəti” mövzusunda müzakirə paneli də azərbaycanlı tələbələr üçün bu mövzuda həm Türkiyə, həm də digər ölkələrin təcrübələrini öyrənməyə kömək edəcək.

"Khazar Talks"ın ilk layihəsində Hacı Bayramı Vəli Universitetinin professoru Erman Akıllı və Xəzər Universitetinin professoru Qloriya Şkurtiya Özdəmir panel müzakirəsində iştirak edəcək.

Eyni zamanda Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də müzakirəyə qatılacaq.
 

Seçilən
11
modern.az

1Mənbələr