ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın uzun illərdir ki, çox məxfi məlumatlara çıxışı olub.
Publika.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Mask özü məlumat verib.
"Mənim çox məxfi məlumatlara və mövcudluğu uzun illərdir məxfi olan girişlərə çıxışım var. Bununla belə, həddən artıq çox məlumat məxfiləşdirilib", - Mask bildirib.
Sahibkarın sözlərinə görə, əgər hansısa məlumatı internetdə asanlıqla tapmaq mümkündürsə və ya açıq-aydın aşkardırsa, onu gizli saxlamağa ehtiyac yoxdur. Bu, yalnız dövlət idarələri arasında qarşılıqlı əlaqəyə mane olur.