AZ

Politoloq: "Ermənistanın bütün vəhşilikləri sənədləşdirilib"

"Bir neçə gün öncə Azərbaycan Haaqa şəhərində yerləşən daimi Arbitraj məhkəməsinin mənzil qərargahında Bern konvensiyasının pozulması ilə bağlı Ermənistana qarşı iddia sənədini təqdim etdi. 30 illik işğal müddətində Ermənistan Azərbaycan təbiətinə vəhşicəsinə yanaşdı, ağacları, meşələri yandırdı. 2020-ci ildə Laçından getdikləri zamanda təbiətə ciddi ziyan vuraraq bölgəni tərk etdilər. Bütün bunlar hamısı sənədləşdirilərək kommissiyaya təqdim edilib".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib. 

"Səmərəsiz şəkildə ağaclar kəsildi, Bəsitçay vadisində iki mindən çox yaşı olan çinar ağacları məhv edildi, Oxuçay çayında yüzlərlə balığın növü kəsildi, mədənlərin çirkli suyu ilə təbiət zəhərləndirildi.Azərbaycan ədalətin bərpa olunması istiqamətində işlərini davam etdirəcək. Azərbaycan işğal zamanı ətraf mühitin, heyvanlar aləminin, yaşayış mühitinin məhv edilməsi ilə bağlı Ermənistanı beynəlxalq məsuliyyətə cəlb etməyə çalışır. İşğal olunan ərazilərdə təbiətə böyük ziyanlar vurulub. Həmin ziyanları yaxın illər ərzində aradan qaldırmaq mümkün deyil. Azərbaycan vurulan bu zərərlər haqqında Ermənistandan tam təzminat tələb edir. Ümid edirəm ki, Ermənistan qaldırılan məsələlərdən nəticə çıxaracaq. Ətraf mühitə zərər vurmaq, minlələrlə yaşı olan təbiəti məhv etmək beynəlxalq cinayətdir".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
59
demokrat.az

1Mənbələr