AZ

Sayılı günləri qalıb, öz-özünə dağılacaq – Orban Aİ-nin gələcəyi haqda

Aİ-nin iqtisadi siyasətinin davam etdirilməsi o demək olacaq ki, onun günləri sayılıb və nəyinsə köklü şəkildə dəyişdirilə biləcəyi müddət cəmi iki-üç ildir.

Publika.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “Kossuth” radiosunda bildirib.

"Əgər almanlar və fransızlar nəsə fikirləşib Avropa İttifaqını yeni səviyyəyə qaldırmasalar, deməli, onun sayılı günləri qalıb. Bu təşkilatdan çıxmağa ehtiyac yoxdur, çünki bu belə davam edərsə, öz-özünə dağılacaq", - Orban deyib.

Onun sözlərinə görə, Macarıstanın Aİ-də qalması hələ yaxşıdır, çünki icmanın yaradılması ideyasının özü müsbət idi və "düzgün təşkil edilsəydi, üzv dövlətlərin maraqlarına yaxşı xidmət edərdi".

Seçilən
1
2
publika.az

3Mənbələr