Rusiya prezidenti Vladimir Putin Ukraynada qalib gələcək, çünki Birləşmiş Ştatlar görünür onun tələbləri ilə razılaşıb.
Newsweek Münhen Bundesver Universitetinin professoru Karlo Masala istinadən yazır: “Bu nöqteyi-nəzərdən Putin bu müharibədə qalib gələcək” .
Nəşr yazır ki, onun fikrini digər analitiklər də bölüşür.
Daha əvvəl ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Putin bu həftə ABŞ, NATO və Ukrayna üzərində böyük qələbə qazanıb.
DOĞRU.AZ