Futzal üzrə Yüksək Liqada 10-cu turun oyunlarına təyinatlar açıqlanıb.


Rekord.az xəbər verir ki, “Olimpik Star”da keçiriləcək turun açılış oyununda liderlə ən yaxın izləyicisi üz-üzə gələcək.


Oyunu FİFA referiləri idarə edəcəklər.


Baku Fire – Neftçi İK

15 fevral. Olimpik Star. Saat 13:00      

Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Elgün Hüseynov

Hakim-inspektor: Əfqan Həmzəyev


Şuşa – Yasamal Bakı

15 fevral. Olimpik Star. Saat 15:00

Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov

Hakim-inspektor: Azad Hüseynov


Araz-Naxçıvan – U-19

16 fevral. Olimpik Star. Saat 19:45

Hakimlər: Rza Məmmədov, Kənan Məlikov, Mahir Məmmədov

Hakim-inspektor: Füzuli Nəcəfov