AZ

Yanvarda əhali bu məhsullara 700 milyondan çox xərcləyib

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı toxuculuq məhsulları, geyim və ayaqqabılardan əldə olunan gəlirin ümumi miqdarı müəyyən olunub. 

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, toxuculuq məhsulları, geyim və ayaqqabı üzrə ötən ay 701.6 milyon manat gəlir əldə olunub ki, bu, ötən illə müqayisədə 5.4% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 14.5 faizini toxuculuq məhsulları, geyim və ayaqqabı təşkil edib. 

Sərvanə Rəmixanova
 

Seçilən
33
valyuta.az

1Mənbələr