Fransa nəhəngi PSJ-nin prezidenti, qətərli iş adamı Nasser Əl-Xelaifi vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilib.
Arena.az bu barədə “France-Presse” agentliyinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, ittiham, Əl-Xelaifinin 2018-ci ildə Qətər Suveren Fondunda (QIA) öz xeyrinə həlledci səsi dəyişdirmək məqsədilə iş Adamı Arno Laqarderə münasibətdə vəzifə səlahiyyətlərindən sui-istifadənin mümkünlüyünün təhqiq edilməsi əsasında irəli sürülüb.
51 yaşlı Nasser Əl-Xelaifi 2018-ci öz vəzifə üstünlüyündən istifadə edərək, daxili mübahisədə Fransanın “Lagardère” şirkətinə nəzarət və idarə məqsədilə Qətər Suveren Fondunu mövqe dəyişməyə məcbur edə bilərmiş. PSJ-nin prezidenti və Qətər Suveren Fondunun sədri səslərin satın alınmasında və səs haqlarının pozulmasında ittiham edilirlər.
Xatırladaq ki, Qədər Suveren Fondu 2011-ci ildə PSJ-nin səhm paketlərinə sahib olub.
Vurğulanır ki, Qətər hökuməti mövcud vəziyyətdən qəzəblənib və Fransadan, o cümlədən PSJ-dən sərmayə qoyuluşlarını təhdid edir. Məsələnin hansı istiqamətdə böyüyəcəyi maraqlıdır. Belə ki, PSJ-nin sonda “lüt” qalması ehtimalı da istisna edilmir.