AZ

Bu kəndlərə köçənlərə 18 min manat veriləcək - Qanun layihəsi parlamentə təqdim edildi

Yunanıstanın şimal şərqində yerləşən Qərbi Frakiyada Türkiyə ilə sərhəd xəttini təşkil edən Meriç çayı sahilindəki kəndlərə məskunlaşacaq vətəndaşlara 10 min avro vəsait veriləcək.

Publika.az xəbər verir ki, sözügedən kəndlərin əhali sayının artırılmasını ehtiva edən qanun layihəsi Yunanıstanın sosial birlik və ailə naziri Sofiya Zaçaraki tərəfindən parlamentə təqdim edilib.

Təsdiqlənməsi gözlənilən qanun layihəsinə görə, əhalisi 500 nəfərdən çox olan yaşayış məntəqələrində məskunlaşan şəxslər üçün 6 min avro, hər bir azyaşlı uşaq üçün min avro artırılmaqla 10 min avroya (təqribən 18 min manat) qədər ödəniş ediləcək.

Evros əyaləti üçün xüsusi hazırlanmış qanun layihəsinin demoqrafik möhkəmlənmə, inkişaf və yenidənqurma üzrə ümumi planın bir hissəsi olduğu və proqramın ümumi büdcəsinin 8 milyon avro olduğu açıqlanıb.

Seçilən
44
5
publika.az

6Mənbələr