AZ

Bu ölkələr Kiyevə dəstəyini artıracaq

Şimali Avropa və Baltikyanı ölkələr Ukraynaya dəstəyi artırmağa söz verirlər.   Manset.az-ın məlumatına görə, bu barədə Finlandiya, İsveç, Danimarka, Norveç, İslandiya, Estoniya, Latviya və Litvanın Finlandiya prezident administrasiyasının saytında yerləşdirilən birgə bəyanatında deyilir. "Hazırda prioritetimiz Ukraynanı gücləndirməkdir. Ölkələrimiz adambaşına düşən Ukraynaya hərbi yardımın ən böyük tədarükçüləri sırasındadır. Biz dəstəyimizi daha da gücləndirəcəyik". Ölkələrin fikrincə, Ukrayna və bütün Avropa da sülh danışıqlarında iştirak etməlidir.

“Biz Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə tam sadiqik”, - deyə bəyanatda vurğulanıb. Region ölkələrinə görə, Ukrayna etibarlı təhlükəsizlik zəmanəti almalıdır.

Seçilən
8
1
manset.az

2Mənbələr