AZ

2024-cü ilin ən çox vergi ödəyən şirkətləri - TOP 5

Ötən ilin ən çox vergi ödəyən şirkətlərinin siyahısı açıqlanıb.

Valyuta.az xəbər verir ki, 2024-cü ildə ən böyük vergi ödəyicisi Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyi olub. Şirkət 1 milyard 495,1 milyon manat vergi ödəyib.

İkinci yerdə "Tabaterra" MMC qərarlaşıb. Şirkətin ödədiyi verginin məbləği 689,3 milyon manat təşkil edib.

Üçüncü pillədə isə Bp Eksploreyşn (Azərbaycan) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi  yer alıb. Şirkət 664,3 milyon manat vergi ödəyib.

Siyahıda yer alan digər iri vergi ödəyiciləri - "Lukoyl Oversiz Şah Dəniz Ltd." Şirkətinin Bakıdakı Nümayəndəliyi (524,6 milyon manat) və Türkiyə Respublikasının "Turkish Petroleum Overseas Company Ltd" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir (422,7 milyon manat).

Seçilən
49
valyuta.az

1Mənbələr