AZ

Sənaye zonalarında sahibkarlar 505 milyon manat qənaət edib

Azərbaycanda mövcud sənaye zonaları iş adamları üçün ən əlverişli biznes məkanlarından biri hesab olunur. Burada sahibkarlar dövlət tərəfindən yaradılan hazır infrastruktur imkanlarından istifadə edərək əlavə texniki şərtlər tələb olunmadan investisiya layihələrini həyata keçirə bilirlər.

Finss.az xəbər verir ki, sənaye parklarının rezidentlərinə geniş vergi və gömrük güzəştləri təqdim olunur. Onlar qeydiyyata alındıqları tarixdən 10 il müddətinə aşağıdakı vergilərdən azad edilirlər:

  • Əmlak vergisi
  • Torpaq vergisi
  • Gəlir vergisi
  • Texnika, texnoloji avadanlıq və qurğuların idxalında ƏDV və gömrük rüsumları

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilən idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində sahibkarlar bu günə qədər 505 milyon manatdan çox, yalnız 2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə güzəştlər də mövcuddur:

  • Sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması
  • Kommunal xidmətlərdə 20% endirim
  • Nazirlər Kabinetinin təsdiq etdiyi bəzi xammal və materialların idxalında gömrük rüsumları və ƏDV-dən tam azadolma
  • Xüsusi güzəştli bank kreditləri

Bütün bu güzəştlər və imkanlar Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişlənməsinə və sənaye sektoruna investisiyaların artmasına təkan verir.

Fuad Mədətov
Finss.az

Seçilən
27
1
fins.az

2Mənbələr