AZ

Bu ölkənin daha bir bölgəsində türk dili rəsmi dil oldu

Türkmənlərin sıx yaşadığı İraqın Səlahəddin şəhərində türk dili üçüncü rəsmi dil qəbul edilib.

Publika.az xəbər verir ki, bu barədə Səlahəddin Əyalət Şurasının sədri Adel əl-Sumeydei məlumat verib.

O bildirib ki, vilayətdəki bütün dövlət qurumlarında türk dili istifadə olunacaq.

Qeyd edək ki, 2023-cü ilin mart ayında Kərkükdə türkmən dili rəsmi dil kimi qəbul edilmişdi.

Seçilən
10
1
publika.az

2Mənbələr