AZ

Paşinyanı təşvişə salan gerçək – Azərbaycanlılar Ermənistan parlamentinə girə bilər

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Azərbaycanla sülh müqaviləsi imzalananda, ora təhlükəsiz olanda ermənilərin Qarabağa qayıtması məsələsi qaldırılacaq.

Məsələ ilə bağlı bəzi diqqətçəkən məqamlar var. Əvvəla, İrəvan hakimiyyəti ermənilərin Qarabağa qayıtmasını istəmir, çünki onların gəlişi demoqrafik baxımdan İrəvanın xeyrinə oldu. Bundan başqa, Ermənistan Qarabağ ermənilərinə görə Qərbdən kifayət qədər ciddi məbləğdə yardımlar alır. Paşinyan xüsusilə Ermənistan əhalisinin artmasını istəyir. Hətta bu istiqamətdə dövlət proqramı belə hazırlayır.

Digər problem isə Qarabağ ermənilərinin təxminən 50 faizinin Ermənistanı tərk etməsidir. Bir çox şəxs vətənsiz olduğunu əsas gətirərək Avropa, ABŞ, Avstraliya, Yeni Zelandiyaya üz tutub. Yəni onların geri qayıtması elə də real deyil.

Azərbaycanın məsələyə baxışı isə dəyişməyib. Bakı reinteqrasiya proqramını açıqladı və ermənilər özləri bundan imtina etdilər. Sülh müqaviləsindən sonra bu məsələ aktuallaşarsa, Azərbaycan da proqramı aktivləşdirə bilər. Lakin burada bir məqam var. Azərbaycan prosesin birtərəfli olmasına qarşıdır. Yəni əgər ermənilər sülhdən sonra Qarabağ qayıdacaqsa, Qərbi azərbaycanlılar da öz ata-baba torpaqlarına qayıtmalıdır. Onu da deyim ki, Qərbi azərbaycanlıların sayı ermənilərdən 3-4 dəfə çoxdur.

Prezident İlham Əliyevin bu məsələdəki yanaşması uzaqgörən və perspektivə hesablanıb. Xüsusilə Qərbi Azərbaycan məsələsinin aktual olması, icmanın fəaliyyətinin intensivləşməsi İrəvanın ehtimal təkliflərini bloklayır. Hər iki variantda da Bakı qazanclıdır. Belə ki, əgər ermənilər Qarabağa qayıtmaz və belə tələb irəli sürülməzsə, Bakı Böyük Qayıdış planına Qərbi azərbaycanlıları cəlb edə bilər.

Əgər tərəflər qarşılıqlı qayıdışa razılaşarsa, Qərbi azərbaycanlılar ata-baba yurdlarına gedir. Yaxın 10 il ərzində isə oradakı əhali artar və Ermənistan parlamentində təmsillik hüququ əldə edərlər. Paşinyan bu həqiqəti bilir və ona görə qarışılıqlı qayıdışda maraqlı deyil.

turan

Turan Rzayev
Globalinfo.az

Seçilən
27
turkustan.az

1Mənbələr