AZ

Vatikan: “Fələstinlilər öz torpaqlarında qalmalıdırlar”

Vatikanın dövlət katibi (baş nazir) kardinal Pietro Parolin bildirib ki, Fələstin xalqı öz torpaqlarında qalmalı və məcburi köçkün edilməməlidir.

"Cebheinfo.az" xəbər verir ki, İtaliya ilə Vatikan Dövləti arasında münasibətləri tənzimləyən 1929-cu il Lateran müqaviləsinin 96-cı ildönümü münasibətilə iki dövlət arasında ənənəvi olaraq İtaliyanın Vatikandakı səfirliyindəki Borromeo sarayında yüksək səviyyəli siyasi məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələrdən sonra İtaliya mətbuatına açıqlama verən kardinal Parolin dünənki məsləhətləşmələrdə Yaxın Şərqdəki məsələlərə toxunduqlarını bildirib.

ABŞ Prezidenti Donald Trampın Qəzzada fələstinliləri zorla köçürmə ideyasını gündəmə gətirdiyini xatırladan kardinal Parolin, "Fələstin xalqı öz torpaqlarında qalmalıdır. Bu, Vatikanın əsas prinsiplərindən biridir, heç bir şəkildə məcburi köçkün olmamalıdır" - deyib. 

Kardinal Parolin Trampın ideyasının məntiqli olmadığını bildirib. 

Seçilən
5
cebheinfo.az

1Mənbələr