AZ

İstanbulda PKK-nın Fransa qoluna məxsus terrorçu həbs edilib

İstanbulda PKK/KCK terror təşkilatının Fransa qoluna daxil olan terrorçu saxlanılıb. Milli İstihbarat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsinin birgə keçirdiyi əməliyyat nəticəsində terrorçu Medeni Altundere həbs edilib. Məlumatı “Anadolu” verib. 

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, türk kəşfiyyatçıları uzun müddət terrorçunun fəaliyyətini izləyirmiş. Müəyyən edilib ki, yaraqlı Fransa və Almaniyada RKK/KSK adından təbliğat fəaliyyəti ilə məşğul olub, aksiyalarda, eləcə də müxtəlif tədbirlərdə iştirak edib.

Terrorçunun İstanbulda olduğu məlum olduqdan sonra MİT və İstanbul Polis İdarəsi əməkdaşları əməliyyata başlayıb. Saxlanılan yaraqlı məhkəmə orqanlarının qərarı ilə həbs edilib.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə qanlı cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin martına qədər bu qanlı təşkilatın əli ilə 7500 türk təhlükəsizlik qüvvəsi və 6800 dinc sakin öldürülüb.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.

 

P.ƏMİRCANOV

XQ

Seçilən
27
xalqqazeti.az

1Mənbələr