Ukrayna münaqişəsini həll etmək üçün diplomatiyanın bütün vasitələrindən istifadə etmək lazımdır.
Bu barədə Bolqarıstan Prezidenti Rumen Radev məlumat verib.
O qeyd edib ki , dünya Rusiya prezidenti Vladimir Putin və Amerika prezidenti Donald Trampdan sülh yolu ilə həllin tapılmasında güclü siyasi mövqe görür.
“Əsas məsələ budur, çünki bu münaqişənin hərbi yolla həllini tapmaq çox çətindir. Nəhayət, diplomatiyanın bütün vasitələrindən istifadə etməliyik",- deyə Radev vurğulayıb.