AZ

Əziz Ələkbərli: “Bir elin manifesti” layihəsi deportasiya və soyqırımların insan taleyinə təsirini ictimaiyyətə çatdırmağı hədəfləyir

Bakı, 14 fevral, AZƏRTAC

“Bir elin manifesti” layihəsinin əsas məqsədi deportasiya və soyqırımların insan talelərinə təsir edən məsələlər olduğunu ictimaiyyətə çatdırmaqdır.

AZƏRTAC xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasında “Bir elin manifesti” adlı birinci ümumrespublika hekayə müsabiqəsinin elan olunmasına dair mətbuat konfransında çıxışı zamanı deyib.

"Ədəbi ictimaiyyətin diqqətini bu məsələyə çəkmək istəyirik. Qərbi Azərbaycan İcmasında fəaliyyət göstərən səkkiz strukturda bizim müxtəlif ziyalılarımız, elm adamlarımız toplaşır. Bu strukturların hər biri müxtəlif layihələrlə çıxış edir və fəaliyyət göstərir", - deyə Ə.Ələkbərli diqqətə çatdırıb.

Seçilən
8
azertag.az

1Mənbələr