AZ

Rumıniya XİN Rusiyanın müvəqqəti işlər vəkilini çağırıb

Rumıniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Yelena Kopninanı respublika ərazisində pilotsuz uçuş aparatının (PUA) qalıqlarının aşkarlanması ilə əlaqədar çağırıb.

Bu barədə diplomatik nümayəndəlik öz saytında məlumat yayıb.

“The Guardian” qəzeti daha əvvəl Rumıniya Müdafiə Nazirliyinə istinadən ölkə ərazisində pilotsuz təyyarənin fraqmentlərinin aşkar edildiyini yazıb.

“Xarici işlər nazirinin əmri ilə Rusiya Federasiyasının Buxarestdəki müvəqqəti işlər vəkili təcili olaraq Xarici İşlər Nazirliyinin binasına çağırılıb. O, kəskin qınaqla qarşılandı”, - XİN-in saytında deyilir.

Seçilən
9
aznews.az

1Mənbələr