AZ

Azərbaycanın 6 atleti Balkan çempionatında

Atletika üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, yığmamız Balkan çempionatında 6 atletlə təmsil olunacaq.

Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək yarışda Nazim Babayev və Kəsgin Abbaszadə uzunluğa tullanma, Rüstəm Məmmədovla Yekaterina Sarıyeva üçtəkanla tullanmada mübarizə aparacaq. Lamiyə Vəliyeva 400 m, Bəxtiyar Əagərli 800 m məsafəyə qaçışda yarışacaq.

Qeyd edək ki, Balkan çempionatı fevralın 15-də keçiriləcək.

İdman.biz

Seçilən
25
1
idman.biz

2Mənbələr