2024-cü ildə təqdim olunan ən bahalı avtomobil "Rolls-Royce Droptail Arcadia" modelidir.
News24.az xəbər verir ki, avtomobil 29 fevral 2024-cü ildə Sinqapurda keçirilən qapalı tədbirdə sahibinə təhvil verilib və qiyməti 30 milyon dollar olaraq qiymətləndirilib.
"Rolls-Royce Arcadia Droptail" xüsusi sifarişlə hazırlanmış Droptail modelidir. Bu əl işləri ilə hazırlanmış rodster, sadəlik və təbii materialların istifadəsi ilə seçilir. Avtomobilin dizaynı və detalları, sahibinin şəxsi zövqünü və incəlik anlayışını əks etdirir.
"Arcadia Droptail", Rolls-Royce-un xüsusi sifarişlə hazırladığı nadir modellərdən biridir və hər biri unikal dizayna malikdir. Bu cür avtomobillər, həm estetik, həm də texnoloji baxımdan ən yüksək standartlara cavab verir.
Ağa Dadaşzadə