Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudunfevralın 11‒14-də Azərbaycana rəsmi səfəriiki ölkə arasında mövcud əlaqələrin konkret sahələr üzrədaha da inkişaf etməsi, əməkdaşlığın yeni müstəviyə keçməsi ilə yadda qaldı.
Somali Prezidentinin fevralın 12-dəPrezident İlham Əliyevlə keçirdiyi görüşlərdəsəsləndirilən fikirlər ölkələrimiz arasındakı münasibətlərdəxoş niyyətinin və dostluğun ruhunu ifadə etdi.Səfər çərçivəsində imzalanan sənədlər isə Azərbaycan-Somali münasibətlərində qarşılıqlı tərəfdaşlıq üçün möhkəm hüquqi-iqtisadi zəmin yaratdı.
Azərbaycan vəSomali uzun illərdir ki, müxtəlif beynəlxalq təsisatlarda, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı, Qoşulmama Hərəkatı və digər platformalarda səmərəli əməkdaşlıq edərək bir-birinə siyasi dəstək nümayiş etdirirlər.
Azərbaycanla münasibətlərin möhkəmləndirilməsi istiqamətində atılan addımlar müasir geosiyasi proseslərdə ölkəmizin oynadığı roldan irəli gəlir. Azərbaycanın regional aktor kimi gücünün və nüfuzunun artması bir sıra ölkələri rəsmi Bakı ilə mövcud potensialların siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdəəlaqələndirilməsi istəyini daha da artırır.
PrezidentHasan Mahmudun vurğuladığı kimi,Somalinin tarixində ilk dəfə Azərbaycana baş tutan səfər iki ölkə arasında münasibətlərdə yeni eranın, tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı hesab edilir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi zamanı Afrika ölkələri ilə münasibətlərdə yaratdığı yeni keyfiyyət dəyişiklikləri Bakı-Maqadişo təmaslarına xüsusi dinamika gətirib. COVID-19 pandemiyası dövründə Azərbaycan bir çox region ölkələrinə dəstək məqsədilə saysız layihələr həyata keçirib, 80-ə yaxın ölkəyə humanitar və maddi yardımlar göndərib ki, onların böyük bir qismi Afrika regionu dövlətləri olub.
Son illərdə Azərbaycan Somalinin milli inkişafına da öz köməyini təklif edib, yerli iqtisadi potensialın qiymətləndirilməsi üçün müasir innovasiyaları mənimsəmiş kadrları göndərib və hazırda birgə təhlillər aparılır.
Somali Afrikanın zəngin resursa və potensiala malik ölkələrindəndir. Ancaq həmin resursların hərəkətə gətirilməsi, istehsal, emal və sənaye zəncirinin yaradılması müxtəlif səbəblərdən mümkün olmayıb, uzun illər müxtəlif güclərin asılılığında olduğu dövrlərdə resursların kortəbii və plansız istismarı aqrar-sənaye təchizatının pozulmasına səbəb olub, ölkə iqtisadiyyatına davamlı sərmayələr yatırılmayıb, biznes idarəetməsi düzgün qurulmayıb. Somali Prezidentinin dədediyi kimi, şərait bu potensialları inkişaf etdirməyə imkan verməyib.
Hazırda bu ölkənin inkişafı üçün müasir iqtisadi-elmi institulaşma, biznes idaretmə strategiyasına ehtiyaclar var. Eyni zamanda, dayanıqlı iqtisadi-investisiya islahatları tələb olunur. Bu baxımdan Cənubi Qafqaz regionunun lideri və qlobal enerji-kommunikasiya layihələrinin müəlliflərindən biri olan Azərbaycan ilə yaxın tərəfdaşlıq Somalinin gələcək inkişafı üçün geniş fürsətlər vəd edir.
Azərbaycan kəskin iqlim fəsadları ilə üzləşən, su çatışmazlığından əziyyət çəkən Somalinin ekoloji böhran situasiyalarından çıxmasında da kömək etmək niyyətindədir. İndiyə qədər müxtəlif beynəlxalq platformalarda bu məsələ qaldırılıb, Bakıda keçirilən COP29 konfransındaAzərbaycanın təkidi ilə iqlim maliyyəsi fondu təsis edildi ki, faktiki olaraq bu addım Somalinin gələcək ekoloji qayğılarının həllində müstəsna rol oynayacaq.
Azərbaycan bu ölkənin bərpa olunan enerji sektorunu da dirçəltməyi nəzərdətutur. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması bu ölkənin bərpaolunan enerji sektoru üçün yeni imkanlar yaradacaq.
Azərbaycanın, eyni zamanda, İslam həmrəyliyi və Qoşulmama Hərəkatı çərçivəsində müxtəlif qitələrdən, o cümlədən Afrikadan bır sıra gənclərin Azərbaycanda təhsilalmaları üçün təqaüd proqramları təsis edib. Bu cür təhsil proqramlarındansomalili gənclər də faydalanırlar.Somalidə təhsilin inkişafına dəstək də Azərbaycanın prioritetlərində yer alır. Təhsil sahəsində əməkdaşlıq sazişinə uyğun olaraq, Azərbaycan müasir inkişaf meyarlarına, idarəçilik prinsiplərinə uyğun kadr bazasının formalaşması üçün somalili gəncləri ölkəmizin ən qabaqcıl ali təhsil müəssisələrində tədrisə cəlb edəcək. Müasir elm və innovasiyalara yiyələnən kadr bazası isə Somalinin iqtisadi inkişafına fayda verəcək.
Azərbaycan bu ölkənin dövlət idaretmə sisteminə də yeniliklər gətirəcək. Dünyada şəffaflıq və çevik idaretmə formulu olan “ASAN Xidmət” modelinin Somalidə tətbiqi həm dövlət xidmətlərinin, həm də iqtisadi idarəetmədə tamamilə keyfiyyət və struktur dəyişiklikləri yaradacaq.
Azərbaycan Somalidə aqrar layihələr icra etməklə bu ölkənin aqrar-sənaye təchizat sistemini yaradacaq. Eləcə də, Somalinin Afrikanın inkişaf etmiş bazarlarına cəlb etməklə ticarət və logistikasının açıq qapı arxitekturasını quracaq, ölkənin Hind okeanı və Qırmızı dənizdə strateji ticari mövqeyini formalaşdıracaq, qlobal ticarət zəncirinə qoşacaq.
Beləliklə, Azərbaycan Somalinin sosial-iqtisadi, siyasi həyatında aparıcı dövlət kimi yer alaraq inkişaf quruculuğunda töhfəverici rol oynayacaq. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi Bakıda imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq.
Ramid Namazov
Milli Məclisin deputatı