AZ

Rusiya Bankının faiz qərarı ardından rubl ucuzlaşıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 21% səviyyəsində saxladıqdan sonra rubl kəskin dəyər itirib. Mərkəzi Bankın qərarı bazar gözləntilərinə uyğun olsa da, investorlar rubl aktivlərinə maraq göstərməyib.

Rusiya rublu manata qarşı 4,47 % bahalaşdı - VALYUTA MƏZƏNNƏLƏRİ

FED.az xəbər verir ki, Moskva Birjasında dollar/rubl məzənnəsi gün ərzində 1,5% artaraq 92,3 rubl səviyyəsinə yüksəlib. Avro isə 1,8% bahalaşaraq 100 rubldan yuxarı qalxıb. Ekspertlər bildirirlər ki, rublun ucuzlaşmasına əsas səbəblərdən biri idxalın artması və ixrac gəlirlərinin azalmasıdır. Məlumata görə, 2025-ci ilin ilk iki ayında Rusiyanın ticarət balansı 20% azalaraq 18 milyard dollar təşkil edib.

Mərkəzi Bankın açıqlamasında inflyasiya risklərinin hələ də yüksək olduğu vurğulanıb. Son göstəricilərə əsasən, illik inflyasiya 7,4%-ə çatıb ki, bu da tənzimləyicinin 4%-lik hədəfindən iki dəfə çoxdur. Buna baxmayaraq, faiz dərəcəsinin dəyişdirilməməsi bazarlarda rublun daha da zəifləyə biləcəyi ilə bağlı narahatlıq yaradıb.

İqtisadçılar bildirirlər ki, əgər neft və qaz gəlirləri azalmaqda davam etsə, Rusiya Mərkəzi Bankı rublun sabitliyini qorumaq üçün əlavə tədbirlər görməli olacaq. 

Seçilən
29
fed.az

1Mənbələr