AZ

Deşam Mbappe ilə münaqişə yaşadığını etiraf edib

Fransa millisinin baş məşqçisi Didye Deşam “Real”ın hücumçusu Kilian Mbappe ilə münaqişəsi yaşaması barədə iddialara münasibət bildirib.

Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis yayılan məlumatları təkzib etməyib:

“Jurnalistlər sual verirlər ki, Mbappe ilə münasibətləriniz pozulub? “Oyunçuya yaxın mənbə” başlığı sizi tamamilə yanlış istiqamətə yönəldə bilər. Aramızda nə oldusa, oldu. Kilian bunu bilir və mən onunla əlaqə saxlamağa davam etdim. Danışılası başqa bir şey yoxdur”.

Xatırladaq ki, Mbappe oktyabr və noyabr aylarında milliyə çağırılmayıb. Futbolçu ilə Deşam arasında fikir ayrılıqları olduğu haqda məlumatlar var idi.

Seçilən
26
msport.az

1Mənbələr