AZ

Tanınmış futbolçuya hücum etdilər

Braziliya yığmasının və İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Kleberson ailə üzvləri ilə birlikdə hücuma məruz qalıb.

“Report” “A Bola”ya istinadən xəbər verir ki, 45 yaşlı sabiq yarımmüdafiəçi bu barədə sosial şəbəkələrdə məlumat paylaşıb.

O, Kuritibada ailəsi ilə birlikdə oğlunun idarə etdiyi nəqliyyat vasitəsində olarkən başqa bir sürücü tərəfindən sıxışdırıldığını, daha sonra hücuma məruz qaldıqlarını bildirib.

Kleberson hadisədən sonra hüquq-mühafizə orqanlarına müraciət etdiyini və tibbi müayinədən keçdiyini söyləyib.

Qeyd edək ki, Braziliya yığmasının heyətində 32 oyuna çıxan Kleberson 2002-ci ildə komandası ilə dünya çempionu olub.


Seçilən
21
news24.az

1Mənbələr