AZ

Bəzi yerlərdə qar yağır - FAKTİKİ HAVA

Yazını böyüt
Yazını kiçilt

Fevralın 14-ü saat 17:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən məlumata görə, fevralın 14-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, İmişli, Hacıqabul, Sabirabad, Beyləqan, Salyan, Neftçala, Şuşa, Füzulidə yağış, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Daşkəsən, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Sədərək, Göygöl, Lerik, Şirvan, Yardımlıda qar yağır. Pirallahı, Naxçıvan, Culfa, Yevlax, Sabirabad, Neftçala, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Seçilən
90
36
hafta.az

10Mənbələr