AZ

Jurnalist güzəştli ipoteka şansı əldə etdi – BANK İSƏ… - FOTO

Son illərdə bank sektorunda vətəndaşlara göstərilən xidmətlər onların böyük bir hissəsini narazı salır. Lakin problemlərlə bağlı banklar tərəfindən hansısa çarələr ortaya qoyulmadığı üçün hələ də ölkə əhalisinin böyük hissəsi banklara etibar etmir. Bağlanan banklara qoyulan depozitlərin daha sonra geri alınmasında da yaranan problemlər əhalidə bu sektora inamsızlığını daha da qızışdırır.

Avtosfer.az xəbər verir ki, bu dəfə banklardan narazı olan şəxs isə “ARB24” televiziyasının əməkdaşıdır.

Belə ki, televiziyanın İdman departamentinin rəhbəri Azər İsmayıl öz sosial şəbəkə hesabında paylaşdığı məlumatda qeyd edib ki, “Kapital Bank” dövlətin mənim üçün nəzərdə tutduğu güzəştli ipoteka limitini vermir, imtina edir.

“Yəqin “daha uyğun namizəd”ləri var ona görə. Adətən belə olanda bank nümayəndələri yaxınlarına, tanışlarına ötürür limiti. Səbəb olaraq göstərir ki, MKR-də çoxsaylı gecikmələr var. Amma əməkdaşları etiraf edir, sistem də göstərir ki, heç bir gecikmə yoxdur. Qaydalara görə imtina etmək haqqları yoxdur”.

Məsələ ilə əlaqədar “Kapital Bank”la əlaqə saxladıq. Bankdan sorğumuza cavab olaraq bildirildi ki, jurnlaistin qeyd etdiyi probleminlə bağlı şəxsin özünə məlumat verilib. Daha detallı araşdırmaların nəticəsi ilə bağlı yaxın günlərdə açıqlama veriləcək.

Səfər

Seçilən
17
avtosfer.az

1Mənbələr