Bakı. Trend:
Azərbaycan və Çin arasında münasibətlər son illərdə stratejitərəfdaşlıq səviyyəsinə yüksələrək, yeni mərhələyə qədəm qoyub.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova qeydedib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu xaricisiyasəti nəricəsində Azərbaycan və Çin arasında stratejitərəfdaşlıq üzrə Bəyannamənin imzalanması bu əlaqələrin yüksəksəviyyədə inkişaf etdiyini göstərir:
"Bu addım təkcə iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrindeyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığıngenişlənməsinə töhfə verir.
Azərbaycanın beynəlxalq təşkilatlarla, xüsusilə də ŞanxayƏməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlığı xüsusi əhəmiyyətdaşıyır. Hazırda Azərbaycan bu təşkilatda müşahidəçi deyil, dialoqtərəfdaşı statusuna malikdir. ŞƏT və BRICS-in üzv ölkələri iləAzərbaycanın yaxın dostluq münasibətləri imkan yaradır ki,qarşılıqlı əlaqələr daha da genişlənsin”.
Deputat vurğulayıb ki, Çin şirkətləri artıq təkcə texnologiya vəxidmət təminatı sahəsində deyil, həm də Azərbaycana birbaşainvestisiya yatırmaqda maraqlıdırlar.
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir.Paralel olaraq Azərbaycan və Çin arasında turizmin inkişafınayönəlmiş mühüm addımlar atılıb. Çin vətəndaşları üçün vizanın ləğvedilməsi ölkəyə daha çox turistin cəlb olunmasına imkan yaradır.Gələcəkdə Azərbaycan vətəndaşları üçün də viza tələbinin aradanqaldırılması gözlənilir ki, bu da turizm və iqtisadi münasibətləridaha da inkişaf etdirəcək”, - millət vəkili qeyd edib.
Onun sözlərinə görə, Çin iqtisadiyyatının sabitliyi və sürətliinkişafı qlobal iqtisadi proseslərdə mühüm rol oynayır:
"Xüsusilə enerji sektorunda sabit qiymətlərə ehtiyac duyanAzərbaycan üçün Çin iqtisadiyyatının artımı vacib amildir. Çinqlobal texnologiya sektorunda lider ölkələrdən biri olaraq,Azərbaycanla yaşıl texnologiyalar və alternativ enerji sahəsindəuğurlu əməkdaşlıq qurur.
Azərbaycanın Çin ilə strateji tərəfdaşlığı təkcə siyasi vəiqtisadi münasibətlərin inkişafına deyil, həmçinin, iki ölkəarasında daha sıx humanitar və mədəni əlaqələrin qurulmasına daimkan yaradır. Bu əməkdaşlıq gələcək illərdə yeni layihələrlə dahada möhkəmlənəcək və hər iki tərəf üçün qarşılıqlı faydalı nəticələrdoğuracaq”.