AZ

İngiltərə klubu "Barselona"dan 60 milyon avro tələb edir

İspaniyanın "Barselona" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Kristal Pelas"da çıxış edən Jan-Filipp Matetanı transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

İngiltərə klubu fransalı forvardı satmağın əleyhinə deyil. Onlar 27 yaşlı futbolçu üçün Kataloniya klubundan 60 milyon avro tələb edir.

Qeyd edək ki, "Kristal Pelas" Jan-Filipp Matetanı 2021-ci ilin yanvar ayında "Maynts"dan transfer edib. Fransa millisinə də dəvt almılş hücumçu bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 13 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Seçilən
27
sportal.az

1Mənbələr